Akif Çovdarovun taleyi həll olunur - Tarix açıqlandı

Akif Çovdarovun taleyi həll olunur
Oxunma sayı: 5456

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarova və digərlərinə elan olunacaq hökmün vaxtı məlum olub.
 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hökm sabah elan olunacaq.
 
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Akif Əliyevin 9 il, Orxan Osmanovun isə 9 il il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

A. Çovdarov da daxil olmaqla, təqsirləndirilən digər şəxslər son sözündə məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi