Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçildi

akif-elizade-yeniden-amea-nin-prezidenti-secildi
Oxunma sayı: 2595

Bu gün AMEA prezidentliyi postuna seçki keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yığıncaqda say komissiyasına beş nəfərin namizədliyi təsdiq edilib. Daha sonra akademiya prezidentliyinə namizədlər irəli sürülüb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxış edərək Akif Əlizadənin namizədliyini irəli sürüb.

Yığıncaq üzvləri də Akif Əlizadənin namizədliyini təsdiq edib. 66 nəfər seçkidə iştirak edib.

Beləliklə, gizli səsvermə nəticəsində akademik Akif Əlizadə  yenidən AMEA-nın prezidenti seçilib.

***

AMEA-nın yenidən seçilən prezidenti Akif Əlizadə çıxışında qeyd edib ki, bundan sonra da var gücü ilə çalışacaq: "Prezident İlham Əliyev qarşımıza vəzifələr qoyub. Azərbaycan elmi irəlidə olmalıdır. Qarşıya qoyulan vəzifələrin icrası bizim elmimizin əaas inkişaf yoludur. İslahatları bir qədər də dərinləşdirək, intibah yolunu bir qədər də genişləndirək. Çünki qarşıda duran ən böyük məsələ budur".

***

"Azərbaycan elminin inkişafı, yüksəlməsi və  təməl üzərində qurulması üçün 5 il ərzində olduğundan da çox çalışacam".
"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Akif Əlizadə deyib. O qeyd edib ki, ilk növbədə alimlər möhkəm Avropa meqa proyektlərində Azərbaycan təmsilçisi olaraq iştirak etməlidir: "Bu proyektlərdə alimlərin iştirakı dünya fundamental elminin ön sıralarında iştirakına zəmin yaradır. Güman edirəm ki, XXI əsr fizikçilərin, riyaziyyatçıların elmidir və onlarsız  elm inkişaf edə bilməz. XXI əsr həm də biologiya  elminin inkişafının əsridir. AMEA-da biologiya istiqaməti ilə bağlı olan sahələr öz inkişafını tapmalıdır. Biz innovativ  texnologiyaları daha da inkişaf etdirmək istəyirik.Yüksək Texnologiyalar Parkının demək olar ki, bütün infrastrukturunu yarada bilmişik. Onun  binasının tikilməsi, bütün infrastrukturu yaradılmalıdır. O yaradılandan sonra güman edirəm ki, akademiya büdcədənkənar vəsait qazanacaq, bununla da Azərbaycan elminin inkişafı büdcədənkənar maliyyə ilə təmin olunacaq". O, həmçinin qeyd edib ki, Akademiya Universitetinin yaradılması prioritetlərdəndir:

"Sosial baxımdan da tədbirlərimiz var. Başlanğıc ərəfəsindədir, onları genişləndirmək və dərinləşdirmək əsas hədəflərdəndir".  Alimlərə  evlərin verilməsi məsələsinə gəlincə isə, A. Əlizadə bunun çox  çox çəkməcəyini qeyd edib.

Günel Türksoy