Akif Nağının “Qarabağ müharibəsi”

akif-naginin-qarabag-muharibesi
Oxunma sayı: 931

“Qafqazinfo”nun məlumatına görə, kitaba tarix elmləri doktoru Kərim Şükürov və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova rəy veriblər. Kitab “Giriş”, “Ermənilərin ilk ərazi iddiaları”, “Erməni iddialarının sovet dövrü”, “Qarabağ müharibəsinin başlanması”, “Sovet imperiyasının süqutu və işğalın yeni mərhələsi”, “İşğalçı Ermənistanın irimiqyaslı hərbi yürüşləri”, “Atəşkəs dövrü və danışıqların davam etdirilməsi”, “Danışıqların “Praqa prosesi” mərhələsi, “Nəticə” bölmələrindən ibarətdir. Kitabda, həmçinin ardıcıl xronologiya verilir. Kitabın yazılması üçün Azərbaycan, erməni mənbələrindən, dövrü mətbuatdakı materiallardan istifadə olunub.

Müəllif Qarabağın qədim dövrdən bu günə qədərki tarixini qısa şəkildə şərh edir, Qarabağ müharibəsinin səbəbləri, başlanması və gedişini aydın şəkildə əks etdirir, Qarabağ danışıqlarının həqiqi mahiyyətini açıb göstərir və Qarabağ məsələsinin həllinə dair təkliflərini verir. Kitabda erməni vəhşiliklərinin, işğalının, terror hərəkətlərinin ifşa edilməsi, həqiqətlərin təkzibolunmaz faktlarla çatdırılmasına xüsusi diqqət yetirilir. Kitabın hər üç dildəki variantlarının elektron versiyası ilə karabakh-doc.azerall.info saytında tanış olmaq olar.

Kitablar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində tərcümə edilib və çap olunmuşdur.

Səidə