Akif Rüstəmovun xatirəsinə həsr olumuş turnir başa çatdı

akif-rustemovun-xatiresine-hesr-olumus-turnir-basa-catdi
Oxunma sayı: 636

FAİREX-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ilk olaraq, turnirin təşəbbüskarı və Federasiyanın “Zirvə” idman klubunun rəhbəri Mövlud Əzizov çıxış edib. O, yaxın dostu Akif Rüstəmovun xatirələrindən söhbət açıb və idmançılara müvəffəqiyyətlər arzulayıb.

40-dan artıq idmançının iştirak etdiyi turnir Federasiyanın gənc idmançılarından təşkil olunmuş hakimlər tərəfindən idarə edilib.
Turnirin nəticələrini təqdim edirik:

Sürət mərhələsi üzrə (qızlar arasında)
1. Könül Hüseynova(“Meteor”)
2. Diana Xanina (“Blackstone”)
3. Təranə Aslanova (“Climb Club”)

Sürət mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə (“Ekosport”)
2. İlham İsrafilov (“Salavat”)
3. Ramal Rəhimxanov (“Salavat”)

Çətinlik mərhələsi üzrə (qızlar arasında)
1. Könül Hüseynova (“Meteor”)
2. Təranə Aslanova (“Climb Club”)
3. Diana Xanina (“Blackstone”)

Çətinlik mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə (“Ekosport”)
2. İlham İsrafilov (“Salavat”)
3. Amil Əliyev (“Qafqaz”) yerlərin qalibləri olublar.

Xatırladırıq ki, A. Rüstəmovun xatirəsinə həsr olunan yeniyetmələr və gənclər arasında qayayadırmanma üzrə "Ümid" yarışı ilk dəfə FAİREX tərəfindən 17.05.2010-cu il tarixdə Nardaran qayalıqlarında keçirilib. Bu yarışda 80-dan yuxarı yeniyetmə, gənc və yeni başlayan idmançılar yarışaraq ilk idman dərəcələrini alıblar.

Sevinc