“AKKORD” Azərbaycanda “İlin şirkəti” oldu

akkord-azerbaycanda-ilin-sirketi-oldu
Oxunma sayı: 637

“Akkord”dan “Qafqazinfo”ya verilən məlumata görə, “Buta Palas”da “Business Time” jurnalının təsisçiliyi və təşkilatçılığı ilə təntənəli təqdimat mərasimində Korporasiya “İlin biznes lideri” və “Beynəlxalq nüfuz” nominasiyaları üzrə “Azeri Business Award-2011” Milli Mükafatlarına layiq görülüb. Müxtəlif sahələrdən olan mütəxəssislər, xarıcı ölkə səfirləri, dövlət nümayəndələri, iş adamları, menecerlərlə birlikdə 300-ə yaxın nümayəndənin iştirak etdiyi mükafatlandırma mərasimində 37 nominant ayrı-ayrı sahələr üzrə mükafat sahibi olub. Mükafat “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Direktorlar Şurasının sədri Xaqani Quluzadəyə təqdim edilib.
Azeri Business Award mükafatı Azərbaycan bazarının ən güclü və dinamik iştirakçılarına təqdim olunmaqla ən yaxşı şirkətlərin nümunəsini və ölkədəki işgüzar etikanın yeni standartlarını yaradır.

Nigar Məmmədli