“Akkord” beynəlxalq konfransa sponsorluq edir - Foto

akkord-beynelxalq-konfransa-sponsorluq-edir-foto
Oxunma sayı: 705

Konfransın açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Ahmed Saniç çıxış edərək iştirakçıları salamlayıb. Ahmed Saniç qonaqlara Qafqaz Universitetinin fəaliyyəti, Azərbaycanın iqtisadi durumu, İKT-nin tətbiqi sahəsindəki nailiyyətləri barədə söz açıb. Tədbirdə Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycandakı universitetlərin rektorları, sponsor şirkətlərin nümayəndələri, eyni zamanda, 31 ölkənin İKT üzrə ekspertləri, Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurum və təşkilatların nümayəndələri iştirak ediblər. Konfransda 250-dən çox elmi məqalənin daxil olduğu kataloq iştirakcılara paylanıb.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Konfransa “Partner Sponsor” qismində qatılıb. Konfransda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İdarə Heyətinin üzvü Samir Qasımov çıxış edib. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin Direktoru Afaq Quliyevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, S. qasımov korporasiyanın bu günə kimi reallaşdırdığı sosial yönümlü layihələrdən danışıb və xüsusilə təhsil sahəsinin dəstəklənməsinin və bu istiqamətdə həyata keçirilən tədbirlərin Korporasiya üçün önəmli yerlərdən birini tutduğunu söyləyib.

İKT-yə həsr edilmiş beynəlxalq tədbir 3 gün davam edəcək. Keçiriləcək 12 plenar sessiya boyunca kommunikasiya, şəbəkə və avadanlıq, İKT-nin humanitar və ictimai elmlərdə, tədqiqatlarda tətbiqi, bu texnologiyaların dövlət və idarəçilikdə, həmçinin biznes, idarəetmə və iqtisadiyyatda tətbiqinə dair müzakirələr aparılacaq.

Nigar Məmmədli