“Akkord” Gürcüstana köməyə gedib

“Akkord” Gürcüstana köməyə gedib
Oxunma sayı: 143

Nəticədə 4 sakin həlak olub. Yaranmış daşqın nəticəsində körpülər zədələnib, ətraf ərazilərdəki yaşayış binaları sel sularının altında qalıb, ağaclar kökündən çıxıb, Gürcüstanın şərq və qərb əyalətləri arasında nəqliyyat əlaqəsi kəsilib. Hadisə yerinə yol və xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə Gürcüstanda yol-tikinti layihələrində çalışan “Akkord Gürcüstan” da qoşulub. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Afaq Quliyevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, “Akkord” öz texnika və avtomaşınlarını müvafiq mütəxəssislərlə birlikdə yardım üçün səlahiyyətli qurumların sərəncamına verib. Hazırda sürüşmə ərazisində xilasetmə-bərpa işləri davam edir. Gürcüstanın baş naziri Nika Qilauri, regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili, Şida Kartli regionunun qubernatoru Zurab Arsoşvili də fəlakət zonasına gəliblər. Onlar xilasetmə işlərinə qoşulan “Akkord Gürcüstan”ın nümayəndələri ilə görüşüblər. Və fövqəladə vəziyyətlə bağlı infrastruktur layihəsini dayandırıb, xilasetmə işlərinə qoşulan “Akkord” rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi