“Akkord” Heydər Əliyevi andı

akkord-heyder-eliyevi-andi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, korporasiya rəhbərliyinin və kollektiv üzvlərinin geniş tərkibdə təmsil olunduğu tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının nümayəndələri, millət vəkilləri iştirak ediblər.
Tədbir “Akkord” Korporasiyası tərəfindən yüksək zövqlə tərtib olunub, H. Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanışlıqla başlanıb. Qonaqlar maraqlı fotolardan ibarət stendlə yanaşı, Heydər Əliyevə həsr olunmuş müxtəlif kitablardan ibarət sərgi ilə də tanış olduqdan sonra tədbir iclas salonunda davam etdirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açıb. Mərhum prezidentin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra toplantı iştirakçıları Heydər Əliyevə həsr olunmuş “Ali sevgi” filminə tamaşa ediblər.
Filmin nümayişindən sonra tədbirə qonaq qismində qatılan millət vəkili Jalə Əliyeva çıxış edərək H. Əliyevin xalqımızın taleyində oynadığı müstəsna rolundan, onun xüsusilə Azərbaycan dilinin dövlət dili kimi qorunub saxlanmasında əvəzsiz xidmətlərindən danışıb. Daha sonra çıxış edən millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi və inkişafı üçün ortaya qoyduğu fədakar əməyə diqqət çəkib.
Tədbirdə “Akkord” Korporasiyasının Direktorlar Şurasının Sədri, Baş direktor Xaqani Quluzadə geniş nitqlə çıxış edib. H. Əliyevin müstəsna şəxsiyyətinin dünya xalqlarının tarixində əhəmiyyətli rol oynamış dahi ictimai-siyasi xadimlərlə eyni sırada dayandığını vurğulayan baş direktor əsası qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasətin ölkəmizin dinamik inkişafındakı rolundan danışıb.
Baş direktor “Akkord” kollektivinin daim Heydər Əliyev irsinə və onun varisi olan dövlət başçısı İlham Əliyevin siyasətinə sadiq olduğunu söyləyib, qarşıdan gələn prezident seçkilərində 5000 nəfərlik bir kollektivin həmişə olduğu kimi, məhz bu siyasətə dəstək verəcəyini bildirib.
Tədbir zamanı “Akkord” Korporasiyasının YAP-a yeni qəbul edilən üzvlərinə partiya biletləri təqdim edilib.
Yubiley tədbirindən sonra bütün iştirakçılar Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzar-abidə kompleksi önünə əklil və tər gül dəstələri qoyub, Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.