“Akkord” Heydər Əliyevin amallarını yaşatmaqda qərarlıdır

akkord-heyder-eliyevin-amallarini-yasatmaqda-qerarlidir-
Oxunma sayı: 638

Korporasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, gətirilən tər çiçək dəstələrini məzar-abidə kompleksinin önünə düzən “Akkord” nümayəndələri H. Əliyevin xatirəsini sükutla yad ediblər.
Anım mərasimindən sonra Korporasiyanın bir qrup üzvü əvvəlcədən alınmış qərara əsasən, Saray qəsəbəsində yerləşən 7 saylı internat evini ziyarət ediblər. İnternat evinin hərtərəfli ehtiyacları nəzərə alınmaqla alınıb-gətirilən hədiyyələr uşaqlara çatdırıldıqdan sonra “Akkord” Korporasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva buradakı uşaqlar və müəllim-tərbiyəçi kollektivi qarşısında çıxış edib. O, respublikamızın bütün sahələrində Heydər Əliyev amalları və əsası onun tərəfindən qoyulmuş ənənələrin davam etdiyini, “Akkord” Korporasiyasının da öz növbəsində bu ənənələrin davam etdirilməsi yolunda səylərini əsirgəmədiyini bildirib. Saray qəsəbəsindəki bu internat evinin Korporasiyanın daim diqqət mərkəzində olduğunu vurğulayıb.
İnternat evinin kollektivi göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Nigar