“Akkord” mükafat aldı

akkord-mukafat-aldi
Oxunma sayı: 662

Sammitdə 53 ölkədən 200-ə yaxın iri şirkətin direktor və nümayəndələri, tanınmış Britaniya və Avropa iş adamları və eləcə də müxtəlif işgüzar dairələrin nümayəndələri iştirak edib. Sammit çərçivəsində keçirilən konfrans və təqdimatlardan sonra “Akkord” Korporasiyası “Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə ilin tikinti şirkəti” mükafatı və ən yaxşı menecmentə görə medal ilə təltif edilib. Mükafat və medal təntənəli surətdə Korporasiyanın Direktorlar Şurasının sədri Xaqani Quluzadəyə Direktorlar İnstitutunda təqdim edilib.

“Akkord” Korporasiyasının bu mükafat və medala layiq görülməsi Avropa Biznes Assambleyasının nəzdində fəaliyyət göstərən Araşdırmalar Mərkəzi tərəfindən aparılmış təhlil və sorğu ilə müəyyən edilmiş göstəricilər əsasında həyata keçirilib.

Xatırladaq ki, “Akkord” Korporasiyası Azərbaycandan başqa, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə müxtəlif infrastruktur layihələri icra edir. Korporasiyanın Almaniyanın Frankfurt şəhərində nümayəndəliyi də fəaliyyət göstərir. Bu günədək “Akkord” Korporasiyasının həyata keçirib bitirdiyi layihələrin ümumi həcmi 1,7 milyard ABŞ dolları təşkil edir. Hazırda yol, körpü, tunel və su-kanalizasiya sistemlərinin tikintisi sahəsində reallaşdırılan layihələrin ümumi dəyəri 1,9 milyard ABŞ dolları miqdarında qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin icrasında “Akkord” Korporasiyası xüsusi təcrübə əldə etmişdir. Son illər “Akkord” Korporasiyası Bouygues (Fransa), Freyssinet (Fransa), Salini (İtaliya), Todini (İtaliya), Condotte (İtaliya), Herrenknecht (Almaniya) və SINOMA (Çin) kimi iri xarici şirkətlər ilə uğurlu əməkdaşlıq tarixçəsini yaratmağa nail olmuşdur. Bundan başqa, “böyük dördlüyə” daxil olan Deloitte və PricewaterhouseCoopers şirkətləri ilə audit və konsaltinq sahəsində, Fitch reytinq agentliyi ilə isə beynəlxalq kredit reytinqinin alınması sahəsində davamlı və səmərəli münasibətlər qurulub.