“Akkord” Ramazan bayramını kimsəsiz və əlillərlə qeyd edib

akkord-ramazan-bayramini-kimsesiz-ve-elillerle-qeyd-edib
Oxunma sayı: 637

Müqəddəs “Ramazan Bayramı” ilə əlaqədar olaraq Korporasiyanın əməkdaşları ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonundakı Saray qəsəbəsi, 7 saylı Uşaq İnternat Evində yaşayan uşaqları ziyarət ediblər. Korporasiya nümayəndələri buradakı 150 nəfər əqli cəhətdən qüsurlu və əlil uşaqlar üçün gətirdikləri bayram sovqatıni, uşaqların ehtiyacı olan çoxçeşidli məişət və gigyena vasitələrini onlara təqdim ediblər. Müxtəlif əlamətdar günlərdə müəssisəni mütəmadi surətdə ziyarət edən “Akkord” nümayəndələrini buradakı balacalar böyük sevinclə qarşılayıblar. Bu sevincə ikiqat sevinc qatan isə ziyarət mərasiminin “İnkişaf Naminə İdman” İctimai Birliyinin və Milli Paralimpiya Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanmış şən və inklusiv oyunlarında İnternat Evinin uşaqlarının öz idman bacarıqarının nümayiş etdirmələri olub. Əlilliyi olan uşaqalrın cəmiyyətə daha effektiv inteqrasiyasında bü cür tədbirlərin mühüm rol oynayadığı diqqətə çatdırılıb. Daimi olaraq dövlət tərəfindən himayə olunan Milli paralimpiyaçılarımız 2012-ci il London olimpiya oyunlarına getməzdən əvvəl bu balacaların da xeyir-duasını alıblar.

“Akkord” Korporasiyasını İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva da paralimpiyaçılarımıza bütün kollektiv adından üğurlar arzulayıb və onlardan Azərbaycan himnini Londonda dəfələrlə səsləndirmlərini səbirsizlklə gözləyəcəklərini söyləyıb. Daha sonra Korporasiyanın nümayədələri idman bacarığını nümayiş etdirən İnternat Evinin gənc idmançılarına bayram hədiyyələri paylayıblar.

Sonra Korporasiya kollektivi Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və Əmək Əlilləri üçün Pansionatında oldular. 193 nəfərin yaşadığı pansianatdakı ahıllara gətirdikləri bayram sovqatını təqdim etdikdən sonra onları bayram münasibəti ilə təbrik etdiblər və bu ziyarəti özlərinə borc bildiklərini söyləyiblər.

Korporasiya əməkdaşlarının növbəti ziyarətgahı Mərdəkan qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müalicə Pansionatı olub. Bayram sovqatı ilə bərabər hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq burada müalicə olanan insanların əsas təlabatlarından biri, otaqların kondisionerlə təmin olunması məsələsi də Korporasiya tərəfindən həllini tapıb.

Ən sonda isə Korporasiyanın doğmalarının müalicəsi ilə bağlı müraciət edən əməkdaşları yad edilib.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bütün müsəlmanları Ramazan Bayramı münasibəti ilə təbrik edir.