“Akkord” Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirib

akkord-xocali-soyqiriminin-21-ci-ildonumu-ile-bagli-silsile-tedbirler-kecirib
Oxunma sayı: 644

Korporasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 25-də Korporasiya Pirşağı qəsəbəsində yeləşən 2 saylı Xocalı məktəbinin müəllim və şagirdlərindən ibarət kollektivinin Quba rayonundakı SOYQIRIMI qurbanlarının xatirə kompleksinə ziyarətini təşkil edib. Korporasiyanın bu təşəbbüslə çıxış etməsində əsas məqsəd soyqırımı qurbanlarını yad etməklə, digər soyqırımı qurbanlarının xatirəsini ehtiramla anmağa nail olmaq kimi çox önəmli bir məsələyə diqqət çəkmək olub, erməni millətçilərinin xalqımıza qarşı yönəlmiş mənfur düşmənçilik siyasəti davamlı və dəyişməz olduğu kimi, həm də hər zaman dəhşətli dərəcədə amansız və qəddar xarakter daşımasıdır.
Ziyarət zamanı Korporasiya nümayəndələri və məktəblilər Xatirə Kompleksinə tər gül dəstələri qoyub, Quba soyqırımı faktı ilə bağlı açıq dərsi dinləyiblər. Həmin gün Azərbaycan Mətbuat Şurasının və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) həyata keçirdiyi proqram çərçivəsində - tərkibində TRT-nin, FOX TV-nin, "Bu gun" qəzetinin, "Kanaltürk" TV-nin, "Todays Zaman" qəzetinin, "Samanyoluxəbər"in, "Zaman" qəzetinin, Media PR Agentliyinin daxil olduğu bir qrup türkiyəli jurnalist də Xatirə Kompleksində olublar və onlar Xocalı məktəblilərinin Quba məzarlığına gətirilməsinin təşəbbüskarı olan Korporasiya nümayəndələrinə təşəkkürlərini bildiriblər. Orada xüsusi olaraq qeyd edilib ki, bu çür tədbirlər həm yetkin, həm də yetişməkdə olan nəslin bu faciələri unutmaması, bu iyrənc siyasətdən doğa biləcək gələcək təhlükələrin qarşısının alınmasında müstəsna əhəmiyyət kəsb edir və hər kəs bu qanlı tarixin yaddaşlarda əbədi yaşaması üçün əlindən gələni etməlidir.
Fevralın 26-da isə Korporasiyanın Direktorlar Şurasının üzvləri, kollektivi və Pirşağı qəsəbəsində yerləşən 2 saylı Xocalı məktəbinin şagird və müəllimləri Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış ANA FƏRYADI abidə kompleksini ziyarət edərək, abidə önünə əklil və gül dəstələri qoyublar. Tədbirdə Qarabağ müharibəsi tarixinin bu qanlı və misli görünməmiş vəhşiliklə törədilmiş faciəsinin qurbanları dərin kədərlə anılmış, bu soyqırım aktının səbəbkarları olan erməni cəlladlarının bu günədək də öz cəzalarını almamasından təəssüf və hiddətləri ifadə edilmişdir. Bununla yanaşı, tədbir iştirakçıları Azərbaycan xalqına qarşı bu vəhşiliyi törədənlərin layiqli cəzalarını alacaqları günün uzaqda olmadığını və hazırda dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də beynəlxalq aləmdə bu məqsədə doğru aparan yolda ciddi işlər görüldüyü qeyd edilmişdir.
Abidə önünə "613" yazılmış əkillə gələn Xoçalı 2 saylı orta məktəbinin şagirdi Vəfa Xurşudzadə "Akkord" Korporasiyası və Xocalı məktəbliləri adından beynəlxalq təşkilatlara, siyasətçilərə, səfirlərə və ictimai xadimlərə bəyanat ünvanlanıb.
Qeyd edək ki, ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalmış həmvətənlərimiz digər məcburi köçkün və qaçqınlarla bərabər hər zaman "Akkord" Korporasiyasının xüsusi diqqət və qayğısı ilə əhatə olunublar.