“Akkord”dan ən güclülərə mükafat

akkorddan-en-guclulere-mukafat
Oxunma sayı: 642

Çempionatda 40 şəhər və rayon komandalarının 400-dək idmançısı mübarizəyə qatılıb. Seçmə mərhələdən sonra 12 çəki dərəcəsi üzrə ən yaxşı idmançılar final mərhələsində güclərini sınayıblar. Final mərhələsinin startında ölkəmizdə idmanın inkişafına verdiyi dəstəklə daim seçilən “Akkord” Korporasiyası tərəfindən yarışın qalibləri üçün xüsusi hədiyyələr və pul mükafatlarının təsis edildiyi bildirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarış çempionatın favoriti – “Qızıl Əlcək” idman klubunun möhtəşəm qələbəsi ilə yekunlaşıb. 7 qızıl medala sahib çıxmaqla komanda hesabında birinci yeri tutan “Qızıl Əlcək” İK idmanın bu növündə də ölkənin ən güclü idmançı və məşqçi potensialına malik olduğunu bir daha təsdiqləyib. Çempionatda 2-ci yeri “Neftçi” İdman Sağlamlıq Mərkəzi, 3-cü yeri isə, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tutub.

“Akkord” Korporasiyasının kikboksçulara göstərdiyi dəstək Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Yarışın sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İdmançılara “Akkord” Korporasiyasının xüsusi hədiyyə və pul mükafatları təqdim olunub.
Sonda idmançılar və təşkilatçılar xatirə şəkli çəkdiriblər.