“Akkord”un ikinci dəfə buraxdığı 50 mln. manatlıq korporativ istiqrazları tam yerləşdirilib

akkordun-ikinci-defe-buraxdigi-50-mln-manatliq-korporativ-istiqrazlari-tam-yerlesdirilib-
Oxunma sayı: 1157


Yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçirilmiş istiqrazlardan 15.000 (on beş min) ədəd “AtaBank” Açıq Səhmdar Cəmiyyəti, 35.000 (otuz beş min) ədəd isə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən əldə edilərək “Akkord” Korporasiyasının ikinci dəfə buraxdığı istiqrazlar tam olaraq müvəffəqiyyətlə yerləşdirilib. Dövriyyə müddəti 3 (üç) il təşkil edən istiqrazlar üzrə Market Meyker qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC çıxış edib. Xatırladaq ki, “Akkord” Korporasiyası tərəfindən istiqrazların birinci emissiyası 2010-cu ildə həyata keçirilib. Birinci emissiyada hər birinin nominal dəyəri 1.000 (bir min) manat, məcmu nominal dəyəri 50.000.000 (əlli milyon) manat, gəlirlik dərəcəsi isə 12,5% təşkil edən 50.000 (əlli min) ədəd istiqraz buraxılıb. Həmin istiqrazların yerləşdirilməsi də öz növbəsində uğurla həyata keçirilmiş və dövriyyə müddəti 3 (üç) il təşkil edən istiqrazların dəyəri 2013-cü ilin noyabr ayında “Akkord” Korporasiyası tərəfindən tam ödənilib.