“Akkord”un komandası dördqat Azərbaycan çempionu oldu

“Akkord”un komandası dördqat Azərbaycan çempionu oldu
Oxunma sayı: 357

Korporasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, komanda güclülər liqasında keçirilən oyunların son turuna bir oyun qalmış “Şahdağ” (Qusar) komandası üzərində qazandığı 3:0 hesablı qələbəsi ilə ölkə çempionu adını qazanıb. Beləliklə, komanda son iki il ərzində ardıcıl olaraq ikinci dəfə, ümumiyətlə isə, 4-cü dəfə (2007, 2008, 2010 və 2011-ci illər) Azərbaycan Çempionu adını qazanıb.
Oktyabrın 29-da “Akkord” komandası ilə bərabər güclülər liqasında çıxış edən “Atasport” komandası arasında cari çempionatın son oyunu keçirilib. Çempionun müəyyənləşməsi üçün heç bir əhəmiyyət daşımasa da, oyun maraqlı idman mübarizəsi şəraitində keçib və 7-1 hesabı ilə “Akkord” komandasının qələbəsiylə yekunlaşıb. Çempionatda 23 topun müəllifi olan “Akkord” komandasının kapitanı Saleh Balamiyev yarışların ən çox top vuran oyunçusu mükafatına layiq görüldü.
Qeyd edək ki, “Akkord” otüstü xokkey komandası son 5 il ərzində ölkə və beynəlxalq miqyaslı yarışlarda 6 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Komanda dördqat Azərbaycan Çempionu olmaqla yanaşı, həm də 2010-cu il Azərbaycan Kubokunun sahibi və 2011-ci il Avropa Çempionlar Kubokunun “Çelenc IV” turnirinin qalibidir. Bundan başqa, komandanın 6 üzvü otüstü xokkey üzrə kişilərdən ibarət milli yığma komandanın üzvü, “Akkord”un kapitanı Saleh Balamiyev isə, həm də milli komandanın kapitanıdır.
Komandanın bütün üzvləri (16 nəfər idmançı və məşqçi heyəti) “Akkord Sənaye Tikinti Korporasiyası” ASC-də müxtəlif vəzifələrdə çalışırlar.
Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi