Aksiya zamanı polisi döyən həbs olundu

aksiya-zamani-polisi-doyen-hebs-olundu-
Oxunma sayı: 681

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 05.10.2012-ci il tarixdə Təhsil Nazirliyinin qarşısında keçirilən qanunsuz aksiya zamanı ictimai qaydanı kobud surətdə pozduğuna və polisə zor tətbiq etməklə müqavimət göstərdiyinə görə axtarışda olan şübhəli şəxs tutulub.

Azərbaycan Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Bakı şəhər sakini, Nərimanov rayonunda qeydiyyatda olan Rzayev Elşad Fikrət oğlu fevralın 24-nə keçən gecə gizləndiyi Suraxanı rayonu, Yeni yaşayış sahəsində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.