Aksiyada saxlanılanların hamısı azadlıqda

aksiyada-saxlanilanlarin-hamisi-azadliqda
Oxunma sayı: 645

Onun sözlərinə görə, polis idarələrində saxlananların bəziləri xəbərdarlıq edilib, digərləri müəyyən məbləğdə cərimə olunduqdan sonra sərbəst buraxılıblar.

İctimai Palata dekabrın 10-da Fəvvarələr Meydanında aksiya keçirmişdi. Aksiya iştirakçıları parlamentin buraxılmasını, sərbəst toplaşma, ifadə və söz azadlıqlarının təmin olunmasını tələb edirdilər.

İctimai Palatanın məlumatına görə, aksiyada saxlanan 122 nəfərdən 60-ı Müsavat, 55-i AXCP, 7-si isə ADP üzvləri olub.