Aksiyalar zamanı ölənlərin sayı 96-ya çatıb

aksiyalar-zamani-olenlerin-sayi-96-ya-catib
Oxunma sayı: 646

Venesuelada prezident Nikolas Maduro əleyhinə keçirilən aksiyalar zamanı  1 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Nacional" portalı məlumat yayıb.

Məlumata görə, növbəti toqquşmalar Los-Tekes ştatının Miranda şəhərində qeydə alınıb. İnsident nəticəsində 24 yaşlı Ronnu Texeru ölüb.  Yaralanın üç nəfərdən ikisi onun qohumlarıdır.

Aprel ayından başlayan etirazların nəticəsində artıq 96-ya nəfər ölüb.