Aksizsiz spirtli içkilər aşkarlandı

aksizsiz-spirtli-ickiler-askarlandi
Oxunma sayı: 1050

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan vətəndaşına məxsus “Mercedes-Benz E270” markalı nəqliyyat vasitəsində aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin avtomobil Ağcabədi rayonu istiqamətində hərəkət edərkən Şəmkir rayonunda saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Baxış zamanı avtomobilin salonunda sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, “Nemirovskaya osobaya” yazısı olan 28 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.