Aktiv məşğulluq tədbirləri davam etdirilir

aktiv-mesgulluq-tedbirleri-davam-etdirilir-
Oxunma sayı: 632

ƏƏSMN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu ilin ötən dövrü ərzində respublikamızın 50 şəhər və rayonunda keçirilən Əmək Yarmarkalarında 669-u özəl sektora məxsus olan 1472 müəssisə tərəfindən 11877 boş (vakant) iş yeri təqdim edilib. Tədbirlərdə 4334 nəfər iş axtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 350 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 260 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, bu müddətdə “Karyerada ilk addım” devizi altında ölkənin ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə keçirilən tədbirlərdə 276 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub.