"Aktivia" reklam qanunvericiliyini pozub

aktivia-reklam-qanunvericiliyini-pozub-
Oxunma sayı: 689

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, reklam olunan əmtəənin sertifikatlaşdırılması və reklam yayımının "mütləq sertifikatlaşdırılmalıdır" yazısı ilə müşayiət edilməsi zəruri olduğu halda, "Danon" MMC-nin "Aktivia" adlı məhsullarının reklamlarında məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilmədiyi aşkar edilib.

Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib, yol verilmiş qanun pozuntuları aradan qaldırılıb.

Nigar Məmmədli