Aktrisa evində ölü tapıldı

aktrisa-evinde-olu-tapildi
Oxunma sayı: 8348

Gürcüstanlı aktrisa Lika Kavjaradze 58 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı aktrisa Tbilisidə yaşadığı mənzildə ölü tapılıb. İlkin məlumata görə, aktrisa ürək tutmasında vəfat edib.

Hazırda faktla bağlı araşdırma aparırlar. 

Qeyd edək ki, L.Kavjaradze əsasən Marita obrazı ilə Tenqiz Abuladzenin lentə aldığı "Arzu ağacı” filmindən sonra məşhurlaşıb.