Aktrisa sərnişini qatarın altına itələdi

aktrisa-sernisini-qatarin-altina-iteledi
Oxunma sayı: 2054

Amerikalı aktrisa Keria Keeley Leonore Gonzalez adlı vətəndaşı qatarın altına qəsdən atmaqda ittiham olunur."Qafqazinfo" xəbər verir ki, “Brodway” oyunları ilə məşhurlaşan 35 yaşlı aktrisanın Nyu-Yorkun “Square” stansiyasında sərnişini qatar relsinə itələdiyi iddia olunub. 

The Post qəzeti yazır ki, hadisə cümə günü baş verib. L. Gonzalez bir sütundan yapışaraq rels altına düşməkdən xilas olub. 

Şahidlər Kerianın qəsdən belə bir addım atdığını söyləyiblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, Keeley saxlanılıb. 

O, sərxoş olduğunu bildirib, bilərəkdən belə bir addım atmadığını söyləyib. Bundan əlavə, aktrisaya 7500 dollar pul cəzası verilib.