Aktrisanın “Oscar”ını kim oğurlayıb?

Aktrisanın “Oscar”ını kim oğurlayıb?
Oxunma sayı: 741

“Oscar” mükafat mərasimində “ən yaxşı aktrisa” nominasiyası üzrə qalib elan edilən Frances McDormandın mükafatını oğurlayan şəxsin kimliyi açıqlanıb. 

"Qafqazinfo" xəbər verir ki, polislər əvvəlcə hadisənin təfərrüatı barədə açıqlama yayıb.  Məlum olub ki, tanınmış iş adamı Volfkan Pakın fotoqrafı qaçan oğrunu tapıb və əlindəki mükafatı geri alıb. Oğru daha sonra gözdən itib. Los-Angeles polisi axtarışlar aparıb və cinayəti törətmək istəyən 47 yaşlı Terry Bryant həbs edilib. 

Bundan əlavə, aktrisanın köməkçisi Simon Halls mətbuata açıqlamasında mükafatın Frances McDormanda qaytarıldığını söyləyib.  O, həmin şəxsdən 20 min dollar təzminat tələb edərək məhkəməyə müraciət edəcəklərini bildirib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi