Aktyor 11 yaşlı qızının siqaretlə videosunu paylaşdı - Tənqid edildi

aktyor-11-yasli-qizinin-siqaretle-videosunu-paylasdi
Oxunma sayı: 1608

Rusiyalı aktyor Aleksey Panin sosial şəbəkə paylaşımı ilə rezonans yaradıb.

“Qafqazinfo” xəbər verir ki, 11 yaşlı qızı Anastasiyanın siqaretlə çəkilmiş videosunu İnstaqram hesabında yerləşdirən aktyor sərt sözlərlə tənqid olunub. “Fikirlərinizi postun altına qeyd edə bilərsiniz” yazan Aleksey izləyicilərin qəzəbinə tuş gəlib.

Xatırladaq ki, aktyor daha əvvəl təyyarənin göyərtəsində siqaret çəkdiyi üçün 59 min rubl məbləğində cərimə olunub.