Aktyor atdan yıxıldı, əməliyyat olunacaq

aktyor-atdan-yixildi-emeliyyat-olunacaq
Oxunma sayı: 1883

TRT-nin məşhur “Payitaht Abdülhamid” serialının çəkiliş meydançasında qəza baş verib.  “Qafqazinfo” Türkiyə KİV-nə istinaən xəbər verir ki, ekran işində “Ahmet Celalettin Paşa” obrazını canlandıran aktyor Cem Uçan atdan yıxılıb. 

O, qol və belindən ağır yaralanıb, xəstəxanaya aparılıb.  Qeyd olunub ki, C. Uçan bu gün əməliyyat olunacaq.