Aktyora Ərdoğan hökumətinə qarşı çıxdığına görə vəzifə təklif olundu

aktyora-erdogan-hokumetine-qarsi-cixdigina-gore-vezife-teklif-olundu
Oxunma sayı: 1788

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Məsələ Gezi parkı deyil. Ay yoldaş, sən hələ anlamadınmı?” tviti ilə hakimiyyətə qarşı çıxan aktyora CHP-dən vəzifə təklif olunub. Belə ki, partiya aksiya zamanı baş verənləri analiz etmək üçün yığıncaq keçirib və həmin toplantıda təklif olunub ki, “Gezi”nin bəzi fəal üzvlərinə bələdiyyə sədri vəzifəsi və partiya daxilində yüksək vəzifə verilsin. Həmin şəxslərdən biri də Mehmet Ali Alaboradır. 

Məlumata görə, CHP lideri Kamal Kılıçdaroğlu da aktyora vəzifə verilməsinin tərəfdarıdır. Əgər Ali Alabora bu təklifi qəbul edərsə, o, Beyoğlunun bələdiyyə sədri seçilə bilər.