Aktyorun maşınından 19 qram narkotik tapıldı

aktyorun-masinindan-19-qram-narkotik-tapildi
Oxunma sayı: 1918

"Bizim hekayə" serialının aktyoru Yağız Can Konyalının avtomobilindən 19 qram narkotik maddə tapılıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Bebek sahilində dostu ilə maşınında olan aktyorun üstündən polis yoxlamaları zamanı qalın bükülmüş bir ədəd siqaret aşkarlanıb. Avtomobildəki kəskin qoxu səbəbindən polis maşını da axtarmağa başlayıb. Bu zaman arxa oturacaqdakı çantadan narkotik ələ keçirilib. Bölməyə aparılan Yağızla dostu ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Aktyor narkotik maddənin ona aid olmadığını deyib:

"Narkotik dedikləri şey mənə aid deyil. Avtomobilin arxa oturacağında tapmısınız. İşlədiyim yerdə çantam ortalıqda olur. Vaxtaşırı kimsə çantamdan nəsə götürüb qoya bilir. Narkotiki ora başqası ata bilər".