Aktyorun maşınından “8 Mart” hədiyyələri oğurlandı - Video

Aktyorun maşınından “8 Mart” hədiyyələri oğurlandı
Oxunma sayı: 5991

Aktyor Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Oğrular onun avtomobilinin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. E.Hacıbabayev hədiyyələri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə alıbmış.

Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi