Aktyorun oğlu intihar etdi - Türkiyə şokda

Aktyorun oğlu intihar etdi
Oxunma sayı: 2866

Türkiyəli aktyor Muhittin Qorxmazın oğlu Cem Qorxmaz özünü öldürüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə barədə məlumatı komediya ustası Cem Yılmazın qardaşı Can Yılmaz Tvitterdə paylaşıb:

İntiharın səbəbi bilinmir. Araşdırma aparılır.

Qeyd edək ki, 30 yaşlı Cem Qorxmaz atası kimi aktyor idi. O, bir sıra film və seriallarda (A.R.O.G, “Recep İvedik 4”, “Bizim ev” və.s) rol alıb. Son zamanlarda isə “YouTube”da bir neçə kanalda aparıcılıq edib.

64 yaşlı M.Qorxmaz isə Cem Yılmazın G.O.R.A filmində “Tihulu” obrazı ilə yaddaşlarda qalıb.

\


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi