Akula qadına hücum etdi

akula-qadina-hucum-etdi
Oxunma sayı: 1619

Avstraliyanın Sidney şəhərində akula 50 yaşlı qadına hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SBS məlumat yayıb.

Məlumata əsasən, insident Konqvonq çimərliyində qeydə alınıb. Akula qadının ayağını dişləyib. Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin stabil olduğu bildirilir.

Xilasetmə xidmətinin nümayəndəsi qadına ağ akulanın hücum etdiyini vurğulayıb. Bu akula növləri arasında ən təhlükəlisi hesab edilir.