AL kuboku Cocuq Mərcanlıya aparılacaq

al-kuboku-cocuq-mercanliya-aparilacaq
Oxunma sayı: 742

Ölkəmizdə keçiriləcək UEFA Avropa Liqası finalının kuboku Cocuq Mərcanlıya aparılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın feysbuk səhifəsi məlumat yayıb. 

Bildirilir ki, kubok mayın 21-i saat 13:00-da Cocuq Mərcanlıya aparılacaq.

Qeyd edək ki, UEFA Avropa Liqası finalı  mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda “Çelsi” və “Arsenal” arasında baş tutacaq.