Alabamada silahlı insident - Ölən və yaralananlar var

alabamada-silahli-insident
Oxunma sayı: 974

ABŞ-ın Alabama ştatında silahlı insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə WRBL telekanı yerli polisə istinadən məlumat yayıb.

Məlumata əsasən, insident “City Grill” restoranında qeydə alınıb. Hadisə nəticəsində restoran sahibi 69 yaşlı kişi vəfat edib. Daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala əsasən, şübhəli şəxs psixoloji problemi olan yerli sakindir. O, atışmadan sonra hadisə yerini tərk edib və öz evində barrikada qurub.