Alanyada azərbaycanlılar 190 ev alıb

alanyada-azerbaycanlilar-190-ev-alib
Oxunma sayı: 2216

“Türkiyənin Alanya şəhərində 190 azərbaycanlının evi var”.

"Qafqazinfo" xəbər verir ki, bunu Alanya ticarət və sənaye odasının məclis başqanı Mətin Atalay azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sözügedən 190 mülkün 47-si ötən il alınıb:

“Burada evlərin qiyməti yerləşmə yerinə görə fərqlənir.Təxminən qiymətlər 30 min avro ilə 1 milyon avro arasında dəyişir. Eyni zamanda qeyd edim ki, Alanyada 27 azərbaycanlı ortaq şirkətə sahibdir. Bundan əlavə, 40 min xarici vətəndaşın da Alanyada evi var”.

Alanyanın turizm imkanlarından söz açan M. Atalay vurğulayıb ki, İl ərzində Alanyaya 4 milyona yaxın turist gəlir:

“Nəticədə  bölgə turizm mövsümündə 4 milyard dollar gəlir əldə edir”.

Qeyd edək ki, Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlər Alanyanın icra nümayəndəsi Mustafa Harputlu, Ticarət və sənaye odasının məclis başqanı Mətin Atalay  və Alanya Jurnalistlər Cəmiyyətinin sədri Mehmət Ali Dimlə də görüşüb. Hər iki görüş zamanı Parlament Jurnalistlər Birliyinin başqanı Elşad Eyvazlı Azərbaycan Cümhuriyyətinin yaranmasının tarixi, 100-cü ildönümlə əlaqədar görülən işlərlə bağlı həmin şəxslərə  məlumat verib.

Günel Türksoy