Alba “Real”a ilişdi - “Bizi öldürərdilər”

alba-reala-ilisdi
Oxunma sayı: 1439

“Barselona” İspaniya La Liqasının 19-cu turunda səfərdə “Real Sosyedad”a 4:2 hesabı ilə qalib gələrək əzəli rəqibi "Real"la xal fərqini 19-a yüksəldib.

“Qafqazinfo” xəbər verir ki, həmin oyundan sonra "Barselona"nın müdafiəçisi Xordi Alba açıqlama verərərək  “Real”la aralarındakı xal fərqindən danışıb:
 
““Real” bizi 19 xallıq fərqlə qabaqlasaydı, Barselonada bizi öldürərdilər. 19 xal çox böyük bir fərqdir. Yenə də "Real"ın sona qədər döyüşəcəyini düşünürəm".
 
Qeyd edək ki, “Barselona” 19 turdan sonra 51 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.