Albalı plus kuboku uğrunda futbol çempionatı başladı

albali-plus-kuboku-ugrunda-futbol-cempionati-basladi
Oxunma sayı: 734


“Qafqazinfo”nun məlumatına görə,  albalı plus Kuboku uğrunda Futbol Çempionatına bankın əməkdaşlarından ibarət komandalarla yanaşı, ALBALI PLUS (ALBALI) kartının tərəfdaşları da qatılıb.

Unibank öz partnyorlarına yalnız biznes tərəfdaşı olaraq deyil, hər zaman dost kimi yanaşıb. Bank daim birgə layihələr, tədbirlər keçirərək, bu dostluq münasibətlərini daha da dərinləşdirməyə çalışır.

ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatında 10-dan artıq şirkətin komandası iştirak edir:Mərkəzi Bank, Milli kart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market, İntegral, World Telecom, ABC Telecom (Kontakt) və Flexi Kredit. Çempionat olimpiya sistemi, yəni uduzan çıxdı qaydası ilə keçiriləcək. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunacaq. Qalib gələn komandaları kubok və medallarla yanaşı, pul mükafatı gözləyir. Çempionartın ən çox qol vurmuş oyunçusuna da xüsusi hədiyyə təqdim olunacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən https://www.facebook.com/unibank.az/ əldə etmək olar.