Albaniya ilə görüşdə millimizin qapısını kim qoruyacaq?

albaniya-ile-gorusde-millimizin-qapisini-kim-qoruyacaq
Oxunma sayı: 647

Qol.Az-ın məlumatına görə, qarşıdakı oyunlar üçün milliyə 3 qapıçı dəvət edən Berti Foqtsun Kamranın yoxluğunda Albaniya ilə görüşdə hansı qapıçıya şans verəcəyi böyük maraq doğurur.

Andrey Popoviç və Aqil Məmmədovun yığmada yetərincə təcrübələrinin olmaması səbəbindən millimizin Albaniya ilə görüşdə qapıda sıxıntı yaşayacağını gözləmək olar.

Bununla belə, hər iki qapıçının özünü yaxşı tərəfdən göstərmələri üçün yaxşı fürsətləri yaranıb.

Qeyd edək ki, Albaniya - Azərbaycan matçı noyabrın 11-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.