Albaniya prezidenti Azərbaycana səfər edəcək

albaniya-prezidenti-azerbaycana-sefer-edecek
Oxunma sayı: 1072

Albaniya prezidenti İlir Meta mart ayında Bakıya gələcək.

"Qafqazinfo" xəbər verir ki, o, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək  VII Qlobal Bakı forumunda iştirak edəcək.

Xatırladaq ki, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.