Aleks “Fənər”lilərə üsyan edir

aleks-fenerlilere-usyan-edir
Oxunma sayı: 638

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, azarkeşlərdən biri braziliyalı futbolçunun “Twitter” səhifəsində Aleksin mərkəzi hücumçu mövqeyində uğurlu olmadığını yazıb. Aleks isə cavabında bunu Aykut Kocamana dəfələrlə dediyini, lakin bunun nəticəsiz qaldığını bildirib. 34 yaşlı futbolçu həmçinin komanda yoldaşı Mehmet Topuza da söz atıb. O, Topuzun “İstanbul BB” ilə son matçda meydanda “gəzdiyini” qeyd edib.

Qeyd edək ki, “Fənərbaxça” superliqanın son turunda “İstanbul BB” klubuna səfərdə 2:3 hesabı ilə məğlub olub.

Ceyhun Əhmədov