Aleks Ferqyuson xəstəxanadan evə buraxıldı

aleks-ferqyuson-xestexanadan-eve-buraxildi
Oxunma sayı: 1044

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson xəstəxanadan evə buraxılıb.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə "The Sun" qəzeti xəbər yayıb. Məşhur futbol mütəxəssisi mayın 5-də beyninə qan sızması nəticəsində xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu. 76 yaşlı Ferqyusonun özünü yaxşı hiss etdiyi, artıq ayaq üstə dayana bildiyi və avqustda keçmiş komandasının oyunlarını izləməyə hazırlaşdığı deyilir. 

Qeyd edək ki, Ferqyuson "Mançester Yunayted"ə 1986-2013-cü illərdə rəhbərlik edib. Bu müddət ərzində komandası 13 ölkə titulunu və Çempionlar Liqasının 2 kubokunu qazanıb.