Aleksandr Duqinin "şirin xəyalpərəstliyi"

aleksandr-duqinin-quotsirin-xeyalperestliyiquot
Oxunma sayı: 899



A.Duqin Rusiya-Azərbaycan əlaqələrinin hazırda çətin bir mərhələdə olduğunu bildirib: “Azərbaycan mövqeyini dəyişməlidir. Bölgədəki güc mərkəzlərinin dəyişdiyi bir dövrdə bu labüddür”, – deyən politoloqun fikrincə, ABŞ və bütövlükdə Qərblə yaxınlaşma Yaxın Şərqdə baş verən proseslərin Azərbaycana keçməsi ilə nəticələnə bilər.

Əvvəla onu qeyd edək ki, Azərbaycan siyasi eksprementlərin keçirilməsi üçün «uyğun» məkan deyil. Digər bir tərəfdən Yaxın Şərqdə baş verən proseslərin adekvat olaraq ölkəmizdə təkrarlanması kimlərinsə xəyalıdır. Xəyalın gerçəklik kimi göstərilməsi isə sadəcə Don Kixotluqdur. A.Duqinin də belə bir mövqedən çıxış etməsi onun «şirin xəyalpərəstliyindən» xəbər verir. Görünür rus politoloqu da bəzi anti-azərbaycan dairələrin təsiri altına düşərək ölkəmizlə bağlı uğursuz proqnozlar verməklə gündəmdə qalmaq və görüntü yaratmağa çalışır.

O ki qaldı Azərbaycan-Rusiya münasibətlərinə, bu əməkdaşlıq ikitərəfli bərabər əsasda inkişaf etməkdədir. Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya ilə münasibətlər zəminində əldə edilmiş nəticələr bu baxımdan son dərəcə əhəmiyyətlidir. Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə respublikadır. Qonşu ölkənin praqmatik siyasi dairələri də Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirirlər. A.Duqinin Rusiya - Azərbaycan münasibətlərində «yeni çalarlar» axtarışı isə bu «siyasət»çinin sadəcə olaraq subyektiv yanaşması kimi qəbul edilə bilər.

A.Duqinin “ Rəsmi Bakı ərazi bütövlüyünün zamini olaraq ABŞ, ya da Türkiyəni deyil, Rusiyanı görməlidir… Rusiya Azərbaycana böyük rəğbətlə yanaşır. Dost və müttəfiq olaraq ona ehtiyac duyur. Hazırda Moskva, Bakı, Yerevan və Tehran birlikdə Qarabağ münaqişəsini həll etməlidirlər. Ancaq ABŞ və Avropa Birliyi (AB) bu məsələdən kənarda qalmalıdır”- fikri isə bütövlükdə bu şəxsin siyasət elmindən də «kilometlərlə uzaq» insan olduğunu göstərir. Bu açıqlamalar əslində rus «politoloqu»nun həm də SSRİ nostalgiyasında yaşadığından xəbər verməklə, beynəlxalq münasibətlər sistemində dövlətlərin bərabərhüquqlu əməkdaşlığı ilə bağlı məsələlərdən də xəbərsiz olduğunu sübuta yetirir. Azərbaycanın balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bə-rabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması xarici siyasətdə əldə edilən müsbət nəticələrdir. Ötən illərdə Azərbaycan Avropa Şurası, Avropa Birliyi, BMT, NATO, ATƏT, İƏT, GUAM-la eyni zamanda ABŞ, Fransa, Turkiyə, Böyük Britaniya və digər ölkələrlə də bu istiqamətdə uğurlu əməkdaşlıq edir.

Azərbaycan Prezident İlham Əliyev dünya siyasətində xüsusi yeri və çəkisi olan Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini də ilk gündən vacib amil kimi nəzərdən keçirmişdir. «Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digərləri ilə pis münasibətdə olmaq lazımdır» deyən cənab İlham Əliyev Qərbə inteqrasiyanı qətiyyən

Rusiya ilə münasibətlərə xələl gətirəcək amil kimi nəzərdən keçirmir və bu yanaşmanı kökündən yanlış sayır. Bu gün bütün aparıcı siyasi güc mərkəzləri Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından eyni məsafədə dayanır.

Xatırladaq ki, bu həmin Duqindir ki, 15-20 il əvvəl Türkiyəyə ardıcıl səfərlər edərək, Tükiyənin gələcəyinin məhz türk-slavyan birliyinin yaradılmasından keçdiyini bəyan edirdi. Türkiyənin bəzi dairələri, Türkiyədə fəaliyyət göstərən “Ergenekon” təşkilatı, eləcə də “balyoz” qrupuna bu “nagillar”ı inandira bilmişdi. Bu qruplar da Duqinin nagıllarına ümid bəsləyərək fəaliyyətlərini davam etdirirdilər. Son illərdə isə Duqinin “türk-slavyan birliyi” ilə baglı söylədiklərinin nagıl oldugu aşkara çıxdı. İndi də Duqin yeni nagıllar uydurmaqda davam edir.

A.Duqinin Rusiya Prezidenti V.Putinin Azərbaycana səfəri öncəsi verdiyi açıqlamalar isə əslində iki ölkə arasındakı münasibətlərə kölgə salmağa xidmət edir. O verdiyi açıqlamalarla sadəcə olaraq arzularnı ifadə edib və bu «yanaşma»nı politoloqun subyektiv mülahizəsi kimi qəbul etmək olar. Amma hər arzu gerçək olmur.

Baba Tağıyev

“İrəli Azərbaycan” İctimai Birliyinin Sədri,

Sabiq millət vəkili