Aleksandr Səmədov Bakıdakı finalın səfiri olacaq

Aleksandr Səmədov Bakıdakı finalın səfiri olacaq
Oxunma sayı: 1078

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfəri müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, Aleksandr Səmədov UAL Final-2019-un səfəri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.

Qeyd edək ki, A.Səmədov Moskva “Dinamo”su, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynayıb. Hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edir.

Rusiya milli komandasının heyətində isə 50-dən çox oyun keçirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi