Aleksey oğlanla öpüşdü - Rus qızlar məyus oldu

aleksey-oglanla-opusdu
Oxunma sayı: 3472

Rusiyada "Ən yaraşıqlı subay" olaraq tanınan müğənni Aleksey Vorobyev tənqidlərə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki,  30 yaşlı ulduz son çəkildiyi serial ilə xanım pərəstişkarlarını məyus edib. Belə ki, rusiyalı sənətçi Amerikada “Unreal TV “ adlı serial çəkilib.  Alekseyin ekran işində aktyor Jeffrey Bowyer-Chapmanla öpüşməsi birmənalı qarşılanmayıb və pop ulduzu sərt bir şəkildə tənqid edilib. 

Vorobyev instaqram səhifəsində həmin görüntüləri paylaşaraq tənqidlərə reaksiya verib: “Bu, sadəcə olaraq “Unreal TV” serialının üçüncü bölümüdür. Bundan sonra daha sərt olacaq. Amma heç vaxt aktyoru oynayan qəhrəmanla səhv salmayın. Bəli, möhtəşəm Amerika layihəsində dünya balet ulduzu, alkoqolik, narkoman, biseksual birinin əsl dramını oynamağa gücüm çatdı. Məndən əvvəl Hit Ledcer, Cim Keri, Kolin Fert, Leonardo Di Kaprio və başqaları məndən əvvəl bu mövzuda çəkilən heteroseksual aktyorlardır”.