Aleksis Şahtaxtinskinin Şeyxdən görüş xahişi

aleksis-sahtaxtinskinin-seyxden-gorus-xahisi
Oxunma sayı: 1026


 “Qafqazinfo” ya daxil olan məlumata görə, qonağı səmimi salamlayan Şeyxilislam A.Paşazadə ona Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi,dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan bərabər şərait, dini-mənəvi abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində böyük qayğıbarədə məlumat verib. QMİ sədri rəhbərlik etdiyi dini mərkəzin Azərbaycan, Qafqaz miqyasında, habelə MDB miqyasında həyata keçirdiyi tədbir və layihələr barədə də qonağı məlumatlandırıb.

ATƏT rəsmisi təmsil etdiyi qurumun tolerantlıqla bağlı layihələrinin olduğunu, bu baxımdan,  Azərbaycanda mövcud tolerantlıq ənənələrinin bütün Avropa üçün önəm kəsb etdiyini xüsusi vurğulayaraq,  yaxın gələcəkdə bu təcrübəni təşviq etmək məramı ilə birgə tədbirlər keçirmək niyyətində olduqlarını bildirib. Bu növ tədbirlərin dünyada artması müşahidə olunan radikallıq meylləri ilə mübarizədə əhəmiyyətli olacağına əmin olan qonağın fikrincə, tarixən tolerantlıq ənənələrinə malik və dövlət səviyyəsində multikulturalizm ideyalarını dəstəkləyən Azərbaycanın təcrübəsinin bütün dünyada təbliği oldugca vacibdir.

Görüşün sonunda qonağa QMİ-nin fəaliyyətini əks etdirən kitablar hədiyyə edilib.