“Aləm Gözəl” mahnısına kürd damğası

alem-gozel-mahnisina-kurd-damgasi
Oxunma sayı: 774

Bəzi insanların iddialarına görə adı gedən musiqi Kürd xalq mahnısıdır. “Qafqazinfo”ya açıqlama verən müğənni bildirib ki, bunu isbatlamaq üçün mahının əslini üzə cıxarılmalıdır. Əssassız olan bu iddiannı böhtan və yalandan başqa bir şey adlandırmayıb. “Bu mahnının müəllifi tanınmış iş adamı Anar Məmmədovdur. Mahnını ifa edən Brilliant Dadaşova, Abbas Bağırov, Könül Kərimova da məsələyə aydınlıq gətirə bilər. Bu gün biz qlobal dünyada yaşayırıq. Azərbaycan da gündən-günə durmadan inkişaf edir. Əgər belə bir şey olsa bu hər yerdə yazılar və tez bir zamanda ifşa olunar. Bu mahnının kürd mahnısı olduğunu iddia edən şəxs ortalığa çıxsın və düz dediyini isbatlasın. Mahnı iş adamı Anar Məmmədovun dəsti-xətti ilə yazılıb. Kağızda yazılıb, öz fikirlərini təəssüratlarını əlavə edib və nişanına hədiyyə olunub. Ramal İsrafilov bugünədək 46 mahnı bəstələyib. Mənim indiyə kimi hər hansı mahnı oğurladığımı bir kəs belə deyə bilməz. Hazırda yeni mahnı üzəində işlər gedir. “Dünya gözəl” bəs bunu kim yazır? Ayıbdır, belə iftiralarla bir yerə gəlməyəcəyik. Məni sevindirən mahnının həddən artıq reytinq qazanmasıdır. Belə ki, mahnının müəlliflərindən yox, artıq onun başqa xalqın mahnısı olmasından danışırlar. Bəsdir boş-boş danışdılar”.

Onu da deyək ki, bizimlə söhbətdən sonra Ramal əməkdar artist Abbas Bağırovun "Məndən başqa hələ ki, heç kimin bu mahnını oxumağa hüququ yoxdur. Bu mahnını yaratmaq ideyasını Anara heç kim verməyib. Mən bilmirəm ki, Brilliant xanım bu ideyanı kimə verib. Mən hətta Anarın özü ilə danışmışam, o da deyib ki, belə bir şey olmayıb. Müəllifin adını düzgün deməyən müğənnilər və aparıcılar cərimə ödəməlidirlər" deməsinə baxmayaraq, məclislərinin birində onunla bir qonaq olan “Aləm gözəl” mahnısının ifa edənlərdən biri Könül Kərimovanı mikarafonla çağıraraq söyləyib: “Könül xanım bu mahnını mən yazmışam. Siz də çox gözəl ifa etmisiz. Mən sizə icazə verirəm, ürəyiniz haçan isdədi, oxuya bilərsiz”. Daha sonra isə xanım Kərimova ilə birlikdə duet şəklində adı gedən mahnının oxuyublar.

Aynur Babayeva