Aleyna “O səs”də münsif olacaq

aleyna-o-sesde-munsif-olacaq
Oxunma sayı: 2126

Qısa müddət ərzində ulduzu parlayan Aleyna Tilki “O səs Türkiyə”nin münsifi olacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, son zaman sənətçinin TV 8-in rəhbəri Acun Ilıcalı ilə tez-tez foto paylaşması, “Survivor”un bütün şənliklərində iştirak etməsi yayılan şayiələri daha da gücləndirib. 

Hələlik TV 8 və “Acun Medya” tərəfindən məlumatla bağlı rəsmi açıqlama verilməyib.  Lakin iddia olunur ki, Gökhan Özoğuz, Hadisə və Murad Bozla birgə Aleyna da jüri kürsüsündə əyləşəcək.

Qeyd edək ki, gənc ifaçı ilk dəfə “Acun Medya”ın layihəsi olan “Yetenek Sizsiniz” yarışması ilə tanınıb.