Aleyna Tilki təyyarədə təhlükəli vəziyyət yaratdı

Aleyna Tilki təyyarədə təhlükəli vəziyyət yaratdı
Oxunma sayı: 1771

Məşhur türkiyəli müğənni Aleyna Tilki konsertdən qayıdarkən təyyarəni bir-birinə qatıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, biznes-klassda əyləşən gənc müğənni, təyyarə eniş edən zaman telefonu açıb və danışmağa başlayıb.

A.Tilki stüardessaların xəbərdarlıqlarına “Nə olacaq ki?” deyə reaksiya verərək telefonla danışmağa davam edib və təyyarədə təhlükəli vəziyyət yaradıb.

Sonda köməkçi pilot məsələyə qarışıb və telefonu söndürməyi tələb edib. Müğənni bundan sonra telefonu söndürüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi