Alfons sevgilidən danışdı

alfons-sevgiliden-danisdi
Oxunma sayı: 1687


“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, verilişin qonaqları sırasında olan tanınmış aktrisa Kübra Əliyeva mövzu ilə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib:

“Kim sevər elə kişini?! Elə kişini evdə saxlamaram. Qadın əməyini israf etməzlər. Belə kişilərə alfons deyirlər. Yeni ailə qurublar, tutaq ki, oğlan hələ gəncdir, əli çörəyə çatmayıb. Amma qız evinin imkanı yaxşıdır. Mən bunun da əleyhinəyəm. Arvad çörəyi ayrı bir şeydir, Allah heç bir kişiyə qismət eləməsin. Bu qadınlarla kişilərin hüquqları bərabərlşəndən belə şeylərin sayı daha da çoxaldı. Çünki qadınlar o vaxtdan kişilərlə bərabər başladılar tikintidən tutmuş hər işdə işlədilər.

Vay o gündən ki, qadının pulu çox olur. Oğlanı maddi cəhətdən təmin edir, evlənir, 2 uşaq da doğandan sonra deyir ki, “atamın pulu ilə adam olmusan”.