Alı Alıyev hesabat verdi

ali-aliyev-hesabat-verdi
Oxunma sayı: 2586

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, və ictimaiyyət nümayəndələri iştirak edib. 

Alı Alıyev 2017-ci ilin birinci yarısında görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, 2017-ci ilin nəticələri ürəkaçan olub, bütün sahələrdə inkişaf, tərəqqi, irəliləyiş  əldə olunub, əhalinin həyat səviyyəsi yüksəlib, uğurlar artıb. Rayonun strateji məhsul olan taxılçılıqla bağlı əldə etdiyi nəticələri barədə danışan Alı Alıyev qeyd edib ki, 2017-ci ildə 103076 ton məhsul əldə edilib. Bunun da 73053 tonu buğda, 30023 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı 29 sentner olub. Füzuli rayonu respublikada hər il 100 min tondan artıq taxıl istehsal edən 5 rayondan birinə çevrlib, ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verib.  

Alı Alıyev bildirib ki, Füzulidə taxılçılıqla yanaşı digər aqrar sektorun, xüsusilə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2017-ci ildə Füzuli rayonunda 2200 tona yaxın pambıq istehsal olunmuşdur ki, bu da ötən ilkindən 3 dəfə artıqdır. Ötən il 4000 mindən artıq məcburi köçkün pambıqçılıq, taxılçılıq, barama və digər kənd təsərrüfatı sahələrində daimi və mövsümü işlərlə təmin edilib.  

Hesbat iclasında Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev çıxış edərək 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada əldə olunan naliyyətlər, qazanılan uğurlardan danışıb. 

İclasda MRX-nın baş həkimi Natiq Şükürov, Azərxalça ASC-nin Horadiz filialının müdiri Namiq Məmmədov, rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova, Məşğulluq Mərkəzinin direktoru Xanoğlan Əzimov və digərlərinin  2017-ci ildə gördükləri işlərə dair hesabatları dinlənilib, rəy və təkliflər irəli sürülüb.