Alı Alıyev şəhid ailələri ilə görüşdü

ali-aliyev-sehid-aileleri-ile-gorusdu
Oxunma sayı: 778


 “Qafqazinfo”nun verdiyi xəbərə görə, görüşdə bildirilib ki, Horadizdə  Qəhrəmanlar  Parkı  salınıb, Parkda  6 nəfər  Milli  Qəhrəmanın  şərəfinə  abidə  kompleksi ucaldılıb.

Qəhrəmanlar parkının açılış mərasimində Füzuli rayon  İcra  Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli  Qəhrəmanların  ailə  üzvləri, rayon  ictimaiyyətinin  nümayəndələri iştirak edib. 

Tədbir  əsas hissəsi Heydər  Əliyev Mərkəzində davam  edib. Alı Alıyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 1000 nəfərə yaxın füzulili  şəhid olub, 1340 nəfər yaralanıb və girov götürülüb. Şəhidlərdən 6 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülüb. 

Görüşdə  Milli  Qəhrəmanların  ailə  üzvləri, Qarabağ müharibəsi iştirakçıları çıxış edib. Milli  Qəhrəmanların ailələrinə  Rayon  İcra  Hakimiyyəti  tərəfindən  hədiyyələr  verilib.